0
Saturday 31 October 2020 - 01:01

Cenevrə görüşü başa çatdı - Əldə olunan razılıq belədir...

Story Code : 895039
Cenevrə görüşü başa çatdı - Əldə olunan razılıq belədir...
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Ceyhun Bayramov həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

Rəsmi Bakı və İrəvan Cenevrədə mülki əhali və qeyri-hərbi obyektlərə zərbələrin endirilməməsi barədə razılığa gəliblər.

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun yaydığı məlumatda bildirilib.