QR CodeQR Code

Peskov: “Ekstremizm heç bir dinə bağlana bilməz”

31 Oct 2020 01:54

İslamTimes: Kremlin sözçüsü Dmitriy Peskov ekstremizm fikrinin hər hansı bir dinə aid edilə bilməyəcəyini söyləyib.


Bugünkü mətbuat konfransında Peskovdan Moskvada müsəlman ruhanilərin gəncləri radikal fikirlərin uğursuzluğuna inandırmaq üçün kifayət qədər məscid olub-olmadığı soruşulub.

Peskovun suala cavabı belə olub: “Heç bir din ekstremizm fikrini qəbul etmir, dinlər onu tamamilə rədd edir və ekstremizmin dinlə heç bir əlaqəsi yoxdur. Ekstremizmin hər hansı bir dinlə kamuflyaj edilməsi üçün göstərilən səyləri aydın şəkildə başa düşməliyik. Məscid məsələsinə gəlincə, bu barədə şərh verməkdən çəkinirəm. Bu barədə məlumatım yoxdur. Moskvada neçə məscid və müsəlmanın yaşadığını, məscidlərlə bağlı hər hansı bir problemin olub olmadığını yoxlamalıyıq. Bu paytaxt rəhbərliyinin səlahiyyətinə aid olan mövzudur”.

Daha əvvəl Moskva Müftiliyi şəhərdə məscidlərin sayının çoxaldılmasının radikal meylli insanların sayının azalacağına səbəb olacağını bildirmişdi. /Deyerler/


Story Code: 895042

News Link :
https://www.islamtimes.org/az/news/895042/peskov-ekstremizm-heç-bir-dinə-bağlana-bilməz

Islam Times
  https://www.islamtimes.org