0
Saturday 31 October 2020 - 09:47

İran ordusunun baş komandanı General-mayor Musəvinin çıxışı

Story Code : 895075
İran ordusunun baş komandanı General-mayor Musəvinin çıxışı
İran İR ordusunun baş komandanı: İran sərhədlərinə yaxın ərazilərdəki təkfirçi qüvvələrə qarşı sərt reaksiya göstəriləcək.
İran İslam Respublikası ordusunun baş komandanı və "Xatəmul-Ənbiya" adına HHM korpusunun komandiri general-mayor Seyyid Əbdurrəhim Musəvi, İranın hava hücumundan müdafiə qüvvələrinin hazırlıq vəziyyətini yoxlamaq məqsədilə, HHM qüvvələrinə baş çəkdiyi zaman xalqın və xüsusilə sərhəd ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyinin zəruriliyinə toxunaraq deyib: Ölkənin şimal-qərb ərazilərində hava hücumundan müdafiə qüvvələrinin imkanları genişləndirilib və ehtiyac olarsa yenidən genişləndiriləcək. Xalqın təhlükəsizliyi bizim üçün xüsusi əhəmiyyət daşıyır.
General-mayor Musəvi əlavə edib: Ölkələrin ərazi bütövlüyünə hörmət etmək və onların beynəlxalq rəsmi sərhədlərinin pozulmaması bizim əsas prinsiplərimizdəndir. Bu sərhədlərdə hər hansı dəyişikliyə razı olmayacağıq. Biz bu addımlarla müxalif olmuşuq və olacağıq.
O, məntəqədə təkfirçi ünsürlər mövzusuna da toxunaraq qeyd edib: Təkfirçilər, İŞİD və sionistlər dünyanın hər yerində qəbulolunmaz ünsürlərdir, məkanından asılı olmayaraq mövcud olduqları hər yerdə daim təfriqə və təhlükə yaradıblar. Bizim ordularımız bu ünsürlərin ölkəmizin sərhədləri yaxınlığında yerləşdirilməsinə sərt reaksiya verəcəklər və bunu dəfələrlə isbat ediblər.
İran İslam Respublikası ordusunun baş komandanı məntəqədə hava hücumundan müdafiə qüvvələrinin imkanlarının genişləndirilməsinə dair Sepah, ordu və HHM qüvvələrinə bir sıra əmrlər verdi.
27 oktyabr 2020
 
Comment