0
Saturday 31 October 2020 - 09:32

İnstagram Ali Dini Liderin mesajının fransızlara çatmasını istəmir?

Story Code : 895085
İnstagram Ali Dini Liderin mesajının fransızlara çatmasını istəmir?
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ali Rəhbərin administrasiyası verib.

Bildirilib ki, Ali Rəhbərin Fransa gənclərinə ünvanlandığı məktubdan sonra onun hesabı bağlanıb. Məqsəd isə ondan ibarətdir ki, məktubun mətni fransalı gənclər tərəfindən oxunmasın.

Qeyd edək ki, Fransada Məhəmməd Peyğəmbəri karikatura çəkməklə təhqir edən jurnalın əməkdaşlarını Prezident Emanuel Makron müdafiə edib. Fransa Prezidenti müsəlmanları separatçı, İslam dininin isə böhran vəziyyətində olduğunu deyib. Bu çıxış dünya müsəlmanlarının etirazına səbəb olub.

Əli Xamenei fransalı gənclərə müraciətində bildirib ki, müqəddəs şəxsləri təhqir etmək heç də söz azadlığı və demokratiyadan deyil, təxribat və fitnə-fəsaddan xəbər verir.

Ayətullah Xamenei məktubunda deyib: "Holokosta şübhə ilə yanaşmaq nə üçün cinayətdir? Nə üçün kimsə bu barədə bir şey yazarsa, həbsxanaya düşməlidir, amma Peyğəmbəri təhqir etmək azaddır?!"