0
Saturday 31 October 2020 - 14:00

Trudeau: İfadə azadlığının bir həddi var; Terrorçular İslamı təmsil etmir!

Story Code : 895135
Trudeau: İfadə azadlığının bir həddi var; Terrorçular İslamı təmsil etmir!
"The Globe and Mail"-ın verdiyi məlumata görə Kanadanın Baş Naziri Justin Trudeau mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makronun anti-İslam açıqlamalarına münasibət bildirib və Nitsa şəhərində kilsəyə hücumun müsəlmanlarla əlaqəli olmadığını qeyd edib.

Fransa prezidentinin anti-İslam çıxışlarından sonra müsəlman ölkələrində, həmçinin Fransanın Nitsa şəhəri də daxil olmaqla bir neçə şəhərində ciddi etiraz aksiyaları keçirilib. Kanada baş naziri bu etirazlardan sonra ifadə azadlığı bəhanəsi ilə İslam dünyasında müqəddəs sayılan dəyərlərə qarşı təhqirlə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ötən həftə Nitsa şəhərində Noterdam kilsəsi yaxınlığında bir şəxs bıçaqla 3 nəfəri qətlə yetirib. Elə həmin gün Avignon şəhərində əlində bıçaq olan daha bir şəxsin polis tərəfindən güllələndiyi ilə bağlı xəbər yayılıb.

Müsəlmanlar üçün ən dəyərli şəxsiyyət olan Məhəmməd Peyğəmbərə qarşı təhqirlərə dəstək çıxan Makron bu iki hücumun terror əməliyyatı olduğunu bildirib.
 
Source : IslamTimes