QR CodeQR Code

Avropalıların seçim haqqı olsaydı, Baydenə səs verərdilər!

IslamTimes , 31 Oct 2020 15:15

İslamTimes: Avropada da Bayden tərəfdarlarının sayına görə Trampı üstələyib.


Yeni bir sorğudan sonra məlum olub ki, avropalılar növbəti ABŞ seçkilərində iştirak etmək hüququna sahib olsaydılar Donald Tramp ağır məğlubiyyətlə üzləşəcəkdi. Tramp "Paris İqlim Sazişi"ni tərk etdikdən sonra onun Avropada olan nüfuzu yerlə bir olub.

"Deutsche Welle" xəbər saytının verdiyi məlumata görə, "BVA" araşdırma mərkəzinin cümə günü keçirdiyi bir sorğunun nəticələrinə əsasən, avropalılar demokrat namizəd Co Baydenə Trampdan daha çox güvənir.

Sorğuda İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya da daxil olmaqla beş Avropa ölkəsindən 11 mindən çox insan iştirak edib. Almanların 66 faizi bildirib ki, əgər səsvermə hüquqları olsaydı heç bir tərəddüdsüz seçimləri Co Bayden olardı.

Avropalılar Trampın "Paris İqlim Sazişi"ni tərk etməsini, ABŞ-Meksika sərhədi boyunca divar tikmək planını ən axmaq qərarlar adlandırıblar.


Story Code: 895151

News Link :
https://www.islamtimes.org/az/news/895151/avropalıların-seçim-haqqı-olsaydı-baydenə-səs-verərdilər

Islam Times
  https://www.islamtimes.org