QR CodeQR Code

Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb

1 Nov 2020 08:40

İslamTimes: Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bildirib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Heç bir vəzifə, o cümlədən Gürcüstanın baş naziri vəzifəsi məni maraqlandırmır. Amma fiziki olaraq harada olacağım barədə yaxın günlərdə məlumat verəcəm”, - Saakaşvili belə deyib.

Qeyd edək ki, buna qədər müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri M.Saakaşvilini baş nazir vəzifəsinə namizədliyini irəli sürmüşdülər.


Story Code: 895288

News Link :
https://www.islamtimes.org/az/news/895288/saakaşvili-gürcüstanın-baş-naziri-vəzifəsinə-namizədliyini-geri-götürüb

Islam Times
  https://www.islamtimes.org