0
Sunday 1 November 2020 - 09:22

Ayətullah Xameneyinin müşaviri: Qarabağ münaqişəsinin əsaslı həlli işğal olunmuş torpaqların boşaldılmasıdır

Story Code : 895294
Ayətullah Xameneyinin müşaviri: Qarabağ münaqişəsinin əsaslı həlli işğal olunmuş torpaqların boşaldılmasıdır
SalamNews-un verdiyi xəbərə görə, Əli Əkbər vilayəti Təbriz universitetində keçirilən “Şəhid Qazi Təbatəbayi” xatirə mərasiminə videokonfrans vasitəsi ilə qoşularaq çıxış edib.

Siyasətçi son zamanlar Fransada Məhəmməd peyğəmbərə (s) və müsəlmanlara qarşı edilən hörmətsizlikləri qınayaraq prezident Makronu sionistlərin əlaltısı adlandırıb.

Daha sonra çıxışında Qarabağ münaqişəsinə toxunan Vilayəti, münaqişənin siyasi yolla həllinin tapılacağına ümid etdiyini bildirib.

“Bu münaqişənin əsaslı həll yolu budur ki, işğal olunmuş torpaqlar boşaldılsın, Azərbaycan xalqı öz sərhədlərinə hakim olsunlar. Ermənistan da bu barədə səy göstərməlidir” deyə ali müşavir bildirib.