0
Sunday 1 November 2020 - 11:07

Nyu-Yorka gələnlər üç günlük karantində qalacaq

Story Code : 895314
Nyu-Yorka gələnlər üç günlük karantində qalacaq
“Report” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərinə görə, üç günlük karantindən sonra koronavirus testinin nəticəsi mənfi olanlar evdən çıxa biləcək.

Qeyd edək ki, ABŞ yeni növ koronavirus infeksiyasının yayılmasına və ölənlərin sayına görə dünyada birinci yerdədir..

Son məlumatlara görə, ölkədə 9,09 milyondan çox şəxsin COVID-19 testi müsbət olub, müalicə alan 230 194 nəfər isə həyatını itirib.