QR CodeQR Code

Son 24 saatda 600 suriyalı qaçqın evinə dönüb!

IslamTimes , 1 Nov 2020 19:24

İslamTimes: 24 saat ərzində Livandan təxminən 600 suriyalı qaçqının vətəninə qayıtdığını bildirib.


Sputnik-in verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Sülh Mərkəzi son 24 saat ərzində Livandan təxminən 600 suriyalı qaçqının vətəninə qayıtdığını bildirib.

Mərkəzin verdiyi açıqlamaya görə 24 saat ərzində Livan sərhəd keçid məntəqələri vasitəsilə 568 qaçqın (170 qadın və 290 uşaq daxil olmaqla) Suriyaya geri dönüb.

Mərkəz həmçinin son 24 saatda İordaniya sərhəd keçid məntəqələri vasitəsilə Suriyaya kimsənin keçid etmədiyini bildirib.

Mərkəz əlavə olaraq bildirib: "Suriyalı mütəxəssislər Dəməşq vilayətindəki Duma şəhərində və Dəra vilayətindəki iki kiçik şəhərdə partlayıcılardan təmizləmə fəaliyyətlərini başa çatdırıblar. Təqribən 5,1 hektar ərazi tam təmizlənib və 28 partlayıcı qurğu aşkar edilərək, zərərsizləşdirilib.

Son bir gündə Rusiya Suriyanın atəşkəs elan edilmiş bölgəsində 29 atəşkəs pozuntusu qeydə alındığını bildirib. Bu pozuntu hallarından 5-i  Türkiyə dövləti tərəfindən də elan edilib.

Həmçinin Rusiya Hesakə vilayətinin Hamo qəsəbəsində 2.7 ton humanitar yardım paylayıb.


Story Code: 895370

News Link :
https://www.islamtimes.org/az/news/895370/son-24-saatda-600-suriyalı-qaçqın-evinə-dönüb

Islam Times
  https://www.islamtimes.org