0
Monday 2 November 2020 - 11:49

İranın Qarabağla bağlı planının bir tələbi də işğal edilən ərazilərin boşaldılmasıdır – Cavad Zərif

Story Code : 895475
İranın Qarabağla bağlı planının bir tələbi də işğal edilən ərazilərin boşaldılmasıdır – Cavad Zərif
“İran tərəfinin münaqişə ilə bağlı planının əsas xüsusiyyətlərindən biri də onun müvəqqəti atəşkəslə bağlı olmaması, hər iki tərəfin bir sıra prinsiplərə sadiq qalması ilə başlayacaq çərçivədə fərqləri həll etməyə doğru addımlamaqdır. Planda xüsusən işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur”

SalamNews xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif ölkənin dövlət televiziyasına verdiyi müsahibədə deyib.

Məhəmməd Cavad Zərif İranın Qarabağ münaqişəsinin həlli ilə bağlı planla haqda açıqlama verərkən onun əsas tələblərindən birinin Ermənistan tərəfindən işğal edilən ərazilərin boşaldılması olduğunu bildirib.

O həmçinin əlavə edib ki, İran sərhədlərində terrorçu qruplaşmaları üzvlərinin olmasına imkan verməyəcək.

Qeyd edək ki, İranın XİN rəhbərinin müavini Abbas Əraqçi bundan öncə Bakı, Moskva, Yerevan və Ankaraya səfər etmiş ölkəsinin Qarabağ münaqişəsinin həlli ilə bağlı planını tərəflərə təklif etmişdi.