0
Tuesday 3 November 2020 - 00:35

Əfqanıstanda kütləvi terror baş verdi

Story Code : 895597
Əfqanıstanda kütləvi terror baş verdi
Əfqanıstanın Kabil Universitetinə edilən hücumda 5 professor, 5 müəllim, 50 tələbə, 20 yaxın polis və əsgər öldürülüb.
Hücumda azı 110 nəfər də yaralanıb.

İŞİD terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Əyinlərində Əfqanıstan əsgərlərinin forması olan 2 terrorçu universitetə daxil olaraq, təsadüfi atəş açmağa başlayıb. Əfqanıstan xüsusi qüvvələri, digər təhlükəsizlik qüvvələri və ABŞ əsgərləri hadisəyə müdaxilə edib. 8 saat davam edən qarşıdurmadan sonra hər iki terrorçu öldürülüb. /Eastnews/