0
Tuesday 3 November 2020 - 02:10

"The Intercept": Tramp müharibə prezidentidir

Story Code : 895599
"The Intercept": Tramp müharibə prezidentidir
Murtəza Hüseyni adlı yazar yazdığı məqalədə ABŞ prezidenti Donald Trampı müharibənin prezidenti adlandırıb.
O, Trampın dörd illik prezidentliyi dövründə Yəməndə bir çox mülki itki verərək yazdığı bir hesabata istinad edir və bu hesabatda ABŞ xarici siyasətinin davam edən qanlı vəhşiliklərini açıq şəkildə göstərir.
2017-ci il yanvar ayının sonunda Trampın baş komandan kimi and içməsindən bir neçə həftə sonra ABŞ qüvvələri Yəmənin cənub-qərbindəki əl-Qail kəndinə hücum edib.
Müəllif keçən həftə yayımladığı son hesabatında Tramp administrasiyasının Yəmənə dağıdıcı təsirinin daha aydın olduğunu qeyd edib. Bu hesabat Trampın son dörd ildə Yəmənə qarşı qoyduğu və dünya xalqlarının diqqətindən kənarda qaldığı amansız müharibənin mənzərəsini çəkir.
Məlumata görə, Yəməndə Trampın himayə etdiyi quru və hava hücumlarında ən azı 86 dinc sakin həyatını itirib. Müəllif ABŞ ordusunun son iki ildə Yəməndə bu ölkənin mülki vətəndaşları üçün ən ölümcül olan ən aktiv hücum əməliyyatlarını həyata keçirdiyini yazır.
Xatırladaq ki, ABŞ-ın Yəməndə müharibə başlatmaq səyləri müxtəlif komponentləri əhatə edir, buraya ölkə ordusunun yer və hava zərbələri daxildir. /Easetnews/