QR CodeQR Code

Qəzzafinin həlak olmuş ikinci oğlunun adı açıqlandı

5 Aug 2011 12:55

IslamTimes - "32-ci Batalion" adı ilə tanınan Liviya xüsusi bölmələrinin komandiri Müəmmər Qəzzafinin oğlu Xəmis Qəzzafi qətlə yetirilib


"IslamTimes" Fransa KİV-nə istinadən xəbər verir ki, Müəmmər Qəzzafinin 6-cı oğlu olan Xəmis Qəzzafi NATO-nun bugünki hava hücumları nəticəsində həlak olub.

Liviya İnilabçılarının sözçülərindən olan Məhəmməd Zəvazevi bildirib ki, Müəmmər Qəzzafinin qətlə yetirilmiş ikinci oğlu Xəmis Qəzzafi NATO-nun "Zliten" əməliyyatı zamanı qətlə yetirilib.

NATO-nun günün ilk saatlarında təşkil etdiyi bu hücum zamanı Xəmis Qəzzafindən əlavə digər 32 nəfər də həlak olubdur.

Xəmis Qəzzafi Müəmmər Qəzzafinin 6-cı oğludur. O "32-ci Batalion" adı ilə tanınan Liviya xüsusi bölmələrinin komandiri idi.


Story Code: 89575

News Link :
https://www.islamtimes.org/az/news/89575/qəzzafinin-həlak-olmuş-ikinci-oğlunun-adı-açıqlandı

Islam Times
  https://www.islamtimes.org