0
Wednesday 4 November 2020 - 09:38

XİN: Ayətullah Xamenei tərəfindən Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk

Story Code : 895803
XİN: Ayətullah Xamenei tərəfindən Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Açıqlamada qeyd olunur ki, "Azərbaycanın Ermənistanın tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır" deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib: "Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini, o cümlədən İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi bölgəyə səfəri və münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək dəyərləndiririk.