QR CodeQR Code

Lavrov: Rusiya Türkiyə ilə birlikdə Qarabağ münaqişəsinin həlli üzərində çalışacaq

4 Nov 2020 10:08

İslamTimes: Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həll üçün hər gün vasitəçilik səylərini əsirgəmir.


SalamNews-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov “Kommersant” qəzetinə verdiyi müsahibəsində bildirib.

“Prezident Putin praktiki olaraq hər gün mövcud vəziyyətin həllinə yönəlmiş vasitəçilik səyləri göstərir. Onun təşəbbüsü ilə oktyabrın ilk ongünlüyünün sonunda humanitar sülh barədə razılıq əldə edildi. Bu razılaşmanın tam qüvvədə işə düşməsi üçün ATƏT-in Minsk Qrupunda həmsədrlər olan tərəfdaşlarımız ABŞ və Fransa ilə birlikdə mümkün olan hər şeyi edirik", Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Moskva eyni zamanda siyasi həll üçün mümkün variantları təklif edir.

O qeyd edib ki, Moskva və Ankara “çevik, praqmatik yanaşması olan və bir-biri ilə qarşılıqlı əlaqədə strategiyanı əldə rəhbər tutan iki yaxın tərəfdaşdır".

"Sabit atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki nüfuzumuzdan istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da genişlənməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq üçün türk tərəfdaşlarımızla işləyəcəyik", Rusiya diplomatiyasının rəhbəri bildirib.


Story Code: 895812

News Link :
https://www.islamtimes.org/az/news/895812/lavrov-rusiya-türkiyə-ilə-birlikdə-qarabağ-münaqişəsinin-həlli-üzərində-çalışacaq

Islam Times
  https://www.islamtimes.org