0
Wednesday 4 November 2020 - 13:48

Çin ABŞ-a Tayvan barədə xəbərdarlıq etdi

Story Code : 895860
Çin ABŞ-a Tayvan barədə xəbərdarlıq etdi
Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Van Venbin bu gün açıqlama verib. Diplomatın sözlərinə görə, Vaşinqton dərhal bu planlardan imtina etməlidir. "Əks təqdirdə Çin-ABŞ münasibətləri zərər görə bilər", - deyə Venbin bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Müdafiə və Təhlükəsizlik Agentliyinin xəbər verdiyi kimi ABŞ Xarici İşlər Nazirliyi dünən Tayvana təxminən 600 milyon dollar dəyərində dörd ədəd MQ-9B kəşfiyyat pilotsuz aparatı və aksesuarlarını satacağı barədə Konqresi xəbərdar edib. Ən yüksək ABŞ qanunverici orqanının müqaviləni ləğv etməsi üçün 30 gün vaxtı olacaq. /Eastnews/