QR CodeQR Code

Moskva terrorçuların Qərbi Asiyadan Dağlıq Qarabağa köçürülməsinin nəticələri barədə xəbərdarlıq edir

IslamTimes , 5 Nov 2020 23:27

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova terrorçuların Qərbi Asiyadan Cənubi Qafqaza köçürülməsinin nəticələri barədə xəbərdarlıq edib.


Zaxarova mətbuat konfransında deyib: "Əldə etdiyimiz məlumata görə, beynəlxalq terror təşkilatlarının üzvləri hazırda Yaxın Şərqdən Dağlıq Qarabağa köçürülür. Əlləri qana bulaşmış insanlar bu əraziyə gətirilir!"

Rusiya XİN sözçüsü əlavə edib: “Söhbət ekstremist muzdlulardan gedir. Bu cür addımlar cənubi Qafqazı da ekstremist terrorçular olan ərazilərə çevirəcəyindən nigarançılığımızı dilə gətirməyə bilmərik!"

Daha öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya qəzetlərinə verdiyi müsahibədə, digər ölkələri, o cümlədən Türkiyəni muzdluların bölgəyə göndərilməsinin qarşısını almaq üçün güclərindən istifadə etməyə çağırıb. Onun sözlərinə görə, Dağlıq Qarabağın mübahisəli ərazisində 2000-ə yaxın muzdlu terrorist var.

Qeyd edək ki, Azərbaycan Ermənistanın Suriyadakı PKK üzvlərini Qarabağda döyüşmək üçün bu ərazilərə gətirdiyini bildirib. İşğalçı Ermənistan isə iddia edir ki, Türkiyə hakimiyyəti Suriyadakı sələfi terrorçuları Azərbaycan tərəfində Ermənistana qarşı döyüşmək üçün Qarabağa yollayıb.


Story Code: 896153

News Link :
https://www.islamtimes.org/az/news/896153/moskva-terrorçuların-qərbi-asiyadan-dağlıq-qarabağa-köçürülməsinin-nəticələri-barədə-xəbərdarlıq-edir

Islam Times
  https://www.islamtimes.org