QR CodeQR Code

Sionistlər Trampa xəyanət etdi

IslamTimes , 5 Nov 2020 23:50

İslamTimes: Bir neçə ərəb ölkəsini işğalçı İsrail rejimi ilə münasibətlər qurmağa vadar edən Tramp Netanyahunun onu açıq dəstəkləməməsinə görə xəyanətə uğradığını düşünür


İbri dilli "Vala" saytı yazıb ki, ABŞ dövləti işğalçı İsrailin baş naziri Binyamin Netanyahunun Trampı açıq şəkildə dəstəkləməməklə onlara xəyanət etdiyini düşünür. Əslində Netanyahu özünü Amerikanın siyasi bataqlığına atmamağı və bu seçkilərdə favorit namizədini gizləməyə üstünlük verib.

Sayt yazıb: "Netanyahu, ilkin nəticələr elan edildikdə bunun Tramp üçün bir zəfər olacağını düşündü. Amma hələ də susmağa üstünlük verir."

Sayt yazıb: "İki həftə öncə Tramp, Netanyahu və Sudan liderləri arasında normallaşma sazişinin elan edilməsi ilə bağlı danışıqlar tarixi hadisə idi. Amma kiçik bir hissəsi kameralar qarşısında baş verən hadisələr Netanyahunun məsləhətçilərini narahat etmişdi. Tramp Netanyahudan soruşmuşdu ki, seçkilərdə kimin qələbə qazanmasına üstünlük verirsən? Netanyahu isə cavabda deyib: "ABŞ-da sülhün bərqərar olmasına yardım edəcək hər kəslə həmkarlıqdan məmnun olacağam..."

Sayt yazıb ki, Netanyahunun bu ikibaşlı cavabından bir neçə saat sonra Trampın müşavirlərindən biri ilə Netanyahunun müşaviri arasında qeyri-rəsmi bir söhbət gerçəkləşib. Amerika tərəfi Netanyahunun cavabından məyus olduğunu və ondan böyük dəstək gözlədiyini söyləyib.


Story Code: 896165

News Link :
https://www.islamtimes.org/az/news/896165/sionistlər-trampa-xəyanət-etdi

Islam Times
  https://www.islamtimes.org