0
Saturday 7 November 2020 - 00:02

Bu gündən noyabrın 9-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək

Story Code : 896334
Bu gündən noyabrın 9-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarında da 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.