QR CodeQR Code

Növbəti ABŞ prezidenti Co Baydendir!

IslamTimes , 7 Nov 2020 20:30

İslamTimes: Co Bayden iki ştatda (Georgia, North Carolina) səs sayımı hələ də davam etsə də artıq 290 elektoral səs qazanıb!


Amerika KİV-i 4 gündür davam edən çəkişmələrdən sonra nəhayət ki, Demokrat namizəd Co Baydenin Pensilvaniyada da üstünlük əldərək növbəti ABŞ prezidenti olduğunu rəsmən elan edib. Co Baydenin Pensilvaniya və Nevadada qalib olaraq elan edilməsindən sonra ona lazım olan 270 elektoral səsdən də artığını qazanıb. İki ştatda (Georgia, North Carolina) səs sayımı hələ də davam etsə də artıq Bayden 290 elektoral səs qazanaraq ABŞ prezidenti olub.
Co Baydenə məğlub olacağı təqdirdə ABŞ-dan gedəcəyini söyləyərək demokrat namizədi təhqir edən Donald Tramp hələ də seçkidə böyük saxtakarlığa yol verildiyini iddia edir. Onun bu iddiası dünyaya "demokratiya beşiyi" kimi tanıtdırılan ABŞ-ın nüfuzunu yerlə bir edir.


Story Code: 896509

News Link :
https://www.islamtimes.org/az/news/896509/növbəti-abş-prezidenti-co-baydendir

Islam Times
  https://www.islamtimes.org