0
Sunday 8 November 2020 - 11:40

Netanyahudan Trampa şok zərbə!

Story Code : 896579
Netanyahudan Trampa şok zərbə!
"İslamTimes" ABŞ mediasına istinadən xəbər verir ki, sionist rejimin baş naziri Benyamin Netanyahu Trampın "seçkilər məhkəmə qərarından sonra bitəcək" sözlərinə baxmayaraq Co Bayden və Kamala Harrisə təbrik mesajı ünvanlayıb.

İşğalçı İsrail rejimi baş naziri Benyamin Netanyahu deyib ki, Co Baydenlə 40 illik isti şəxsi münasibəti var. O Co Baydeni İsrailin mühüm dostu adlandırıb. Netanyahu bildirib ki, Baydenin seçilməsi ABŞ-İsrail arasındakı ittifaqı daha da gücləndirəcək.

Donald Tramp 4 illik prezidentlik dövründə, Fələstinin Qüds şəhərini İsrailin paytaxtı elan etməsinə, bir neçə ərəb dövlətini İsraillə münasibətlər qurmağa zorlamasına baxmayaraq yenə də sionist rejimin ona xəyanət etməsindən amanda qala bilməyib!
Source : IslamTimes