0
Sunday 8 November 2020 - 20:41

Trampın vəkili: Seçki bitməyib!

Story Code : 896623
Trampın vəkili: Seçki bitməyib!
ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani, Amerika KİV-lərinin Co Baydeni seçkilərin qalibi elan etməsindən bir müddət sonra, mətbuat konfransında bildirib ki, seçki nəticələrinə görə məhkəməyə şikayət edildiyindən Tramp məhkəmə qərar verənədək məğlubiyyəti qəbul etməyəcək.

"Fox News" saytının verdiyi məlumata görə, Filadelfiyadakı çıxışı zamanı Culiani qeyd edib ki, 600 min səsin taleyi bəlli deyil. Tramp məğlub olduğunu qəbul etmir və seçkilərin bitməsinə hələ çox zaman var!

Qeyd edək ki, artıq ABŞ mediası Co Baydenin qətiyyətli qələbə əldə etdiyini elan edib. Amma Trampın bəzi məhkəmə iddilarına görə rəsmi olaraq Co Bayden prezident kimi tanıtdırılmayıb.
Source : IslamTimes