0
Sunday 8 November 2020 - 21:08

ABŞ-ın İsraildəki keçmiş səfiri Baydenin Fələstin planından danışdı

Story Code : 896672
ABŞ-ın İsraildəki keçmiş səfiri Baydenin Fələstin planından danışdı
"RT" informasiya agentliyinin verdiyi xəbərə görə ABŞ-ın İsraildəki keçmiş səfiri Dan Şapiro deyib: "ABŞ-ın yeni seçilmiş prezidenti Fələstin-İsrail böhranına strateji həll yolu olaraq iki hökumət təşkil edilməsini uyğun görür."

Barak Obamanın prezidentlik dönəmində ABŞ-ın İsraildəki səfiri olmuş və hazırda Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Mərkəzində araşdırmaçı olan Dan Şapiro İsrail radiosuna açıqlamasında deyib: “Bəli, yeni prezident Co Bayden Fələstin və İsrailə kömək etmək üçün, mövcud münaqişənin həll edilməsi üçün iki dövlət qurulmasının yeganə yol olduğuna inanır!"