0
Monday 9 November 2020 - 02:41

Fransa İslama olan sevgisini təhqirlə nümayiş etdirir?

Story Code : 896689
Fransa İslama olan sevgisini təhqirlə nümayiş etdirir?
"Paris islam dininə hörmət edir və müsəlmanları Fransanın bir hissəsi kimi görür."

Axar.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Jan-İv Lö Drian Misirdə həmkarı Samih Şükri ilə görüşdə deyib.

“Bizim mübarizəmiz radikallar və terrorçularladır. Karikaturalara görə Fransaya qarşı başladılan boykot kampaniyalarını da qınayırıq”, - fransalı nazir bildirib.

Bundan başqa, hər iki nazir Liviya böhranını da müzakirə edib. Jan-İv Lö Drian qeyd edib ki, Fransa və Misir muzdluların Liviyadan çıxarılmasını istəyir.