QR CodeQR Code

İraqda silahlıların posta hücumu nəticəsində 11 nəfər ölüb

9 Nov 2020 09:43

İslamTimes: Bağdadın qərbində silahlı qruplaşma üzvlərinin İraq ordusunun müşahidə məntəqəsinə hücumu nəticəsində azı 11 nəfər ölüb, 8 nəfər yaralanıb.


APA xəbər verir ki, bu barədə İraqın “As Sumaria” telekanalı məlumat yayıb.

Məlumata görə, hücum axşam saatlarında baş verib. Hücum zamanı silahlı şəxslər əl qumbarası və avtomat silahlardan istifadə ediblər. Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs ölüb.

Həmçinin tibb işçiləri səkkiz nəfərin yaralandığını bildirib. Yaralılar Bağdad xəstəxanasına aparılıb.

 


Story Code: 896728

News Link :
https://www.islamtimes.org/az/news/896728/iraqda-silahlıların-posta-hücumu-nəticəsində-11-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org