0
Monday 9 November 2020 - 10:54

Cavad Zərif qonşu ölkələrə çağırış edib: Tramp getdi biz və qonşularımız qaldıq

Story Code : 896733
Cavad Zərif qonşu ölkələrə çağırış edib: Tramp getdi biz və qonşularımız qaldıq
SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

ABŞ-da Donald Trampın məğlub olmasından sonra ilk paylaşımlarından biri olaraq, Cavad Zərif İranla qonşu olan ölkələrə çağırış edib və onları “birgə mənafeyin təmin edilməsi” üçüm əməkdaşlığa çağırıb.

Əsasən də körfəz ərəb dövlətlərinə xitab edən Cavad Zərif bildirib ki, Tramp artıq gedib və İran qonşuları ilə birgə qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və komandası ABŞ-ı nüvə sazişindən çıxmağa təşviq edən, İrana sanksiyaların artırılmasını istəyən əsas tərəflərdən biridir.