QR CodeQR Code

Cavad Zərif qonşu ölkələrə çağırış edib: Tramp getdi biz və qonşularımız qaldıq

9 Nov 2020 10:54

İslamTimes: “Tramp getdi, biz və qonşularımız qaldıq. Təhlükəsizliyi əldə etmək üçün əcnəbiyə arxayın olmaq ümidzisliyə səbəb olur. Biz ölkələrimizin və xalqlarımızın mənafeyini təmin etmək üçün əməkdaşlığa hazırıq”


SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi tvitter səhifəsində yazıb.

ABŞ-da Donald Trampın məğlub olmasından sonra ilk paylaşımlarından biri olaraq, Cavad Zərif İranla qonşu olan ölkələrə çağırış edib və onları “birgə mənafeyin təmin edilməsi” üçüm əməkdaşlığa çağırıb.

Əsasən də körfəz ərəb dövlətlərinə xitab edən Cavad Zərif bildirib ki, Tramp artıq gedib və İran qonşuları ilə birgə qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və komandası ABŞ-ı nüvə sazişindən çıxmağa təşviq edən, İrana sanksiyaların artırılmasını istəyən əsas tərəflərdən biridir.


Story Code: 896733

News Link :
https://www.islamtimes.org/az/news/896733/cavad-zərif-qonşu-ölkələrə-çağırış-edib-tramp-getdi-biz-və-qonşularımız-qaldıq

Islam Times
  https://www.islamtimes.org