0
Monday 9 November 2020 - 11:23

Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır

Story Code : 896737
Tramp seçki nəticələrinə etiraz etmək üçün mitinqlər keçirməyi planlaşdırır
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Trampın qərargahı Corciya, Arizona və Pensilvaniya ştatlarında yenidən sayım üçün komandalarının yaradıldığını elan etməyə hazırdır.

Qeyd olunub ki, mitinqlərdə Tramp səs verdiyi iddia edilən, amma səsvermə vaxtı artıq dünyasını dəyişmiş seçicilər ilə bağlı sübutlar təqdim etməyi planlaşdırır.

Xatırladaq ki, yerli KİV prezident seçkisində demokrat Co Baydenin qalib gəldiyini yazıb və o da artıq özünü qalib elan edib. Donald Tramp məğlubiyyətini hələ qəbul etməyib, onun vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbləri ilə müxtəlif ştatların məhkəmələrində iddia qaldırırlar.