QR CodeQR Code

İlhan Ömər: Qara buludlar Amerikanın üzərindən çəkildi!

IslamTimes , 9 Nov 2020 16:23

İslamTimes: ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Ömər Trampın məğlub olması ilə qara buludların Amerikanın üzərindən çəkildiyini bildirib.


Hill News-un məlumatına görə, ABŞ Nümayəndələr Palatasının Minnesota əyalətindən olan üzvü İlhan Ömər seçki nəticələri ilə bağlı yayımladığı videoda Demokratların Donald Trampı Ağ Evdən çıxarmaq məqsədlərinə nail olduğunu söyləyib.

İlhan Ömər bu videoda deyib: "Düşünürəm ki, hal hazırda hamımız qaranlıq kölgəsinin ölkəmizin üzərindən çəkildiyinə görə zövq alırıq. Co Bayden ölkənin ədəbli, əxlaqlı vətəndaşlarını seçkidə iştirak etməyə çağırdı. Hamımız nə istədiyimizi yaxşı bilirdik. Biz Trampın bu vəzifədən getməsini istəyirdik. Hamımız bunu istəyirdik!"

İlhan Ömər əlavə edib: "Dünən axşam əslən Cənubi Asiyadan olan mühacir, ilk qaradərili xanım vitse-prezident olan Kamala Harrisin zəfərini qeyd etdik. Onun Yaşıl Sazişin tərəfdarı olması, həmçinin Amerika milli sosial sığorta proqramını (Medicare) dəstəkləməsinə görə böyük sevinc yaşadıq."


Story Code: 896789

News Link :
https://www.islamtimes.org/az/news/896789/ilhan-ömər-qara-buludlar-amerikanın-üzərindən-çəkildi

Islam Times
  https://www.islamtimes.org