QR CodeQR Code

Sionist hərbçilər daha 8 fələstinlini həbs edib

IslamTimes , 9 Nov 2020 16:42

İslamTimes: İşğalçı İsrail rejimi hərbçilərinin Fələstin xalqına qarşı vəhşilikləri davam edir!


"Palestine Today"-in verdiyi məlumata görə, işğal altındakı ərazilərin müxtəlif yerlərində sionistlərin fələstinlilərə qarşı qərəzli fəaliyyətləri hələ də davam edir. Sionistlərin bu düşmənçiliyinin davamında Sionist rejim qoşunları İordan çayının Qərb Sahilinin müxtəlif ərazilərinə hücum edib.

Sionistlərin Qərb Sahilinə vəhşiliklə müşayiət olunan hücumu zamanı fələstinlilərlə toqquşma yaşanıb. Fələstinlilərə qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə edilib. Şahidlər sionist yaraqlıların hücumu zamanı 8 fələstinlinin heç bir əsassız saxlanıldığını söyləyiblər.

Bu arada işğalçı İsrail hərbçiləri son bir ayda işğal olunmuş ərazilərin müxtəlif yerlərində fələstinlilərə qarşı təzyiqlərini gücləndiriblər. Son məlumatlara görə, sionistlər ötən oktyabr ayında işğal olunmuş ərazilərin müxtəlif yerlərində 410 fələstinlini həbs ediblər.

Fələstinli Məhkumların Tədqiqat Mərkəzi bu mövzu ilə bağlı bildirib ki, saxlanılanlar arasında 46 fələstinli uşaq da var. Son bir ayda bir neçə fələstinli jurnalistin də sionistlər tərəfindən həbs edildiyi bildirilir.


Story Code: 896794

News Link :
https://www.islamtimes.org/az/news/896794/sionist-hərbçilər-daha-8-fələstinlini-həbs-edib

Islam Times
  https://www.islamtimes.org