0
Tuesday 10 November 2020 - 02:02

ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq

Story Code : 896884
ABŞ Yəmən müharibəsində Səudiyyə rejimini maliyyələşdirməyi dayandıracaq
“Twitter” səhifəsində demokrat konqresmen Ro Hannadan Yəmən müharibəsi üçün maliyyənin sona çatması ilə bağlı mesaj yerləşdirildi. Ro Hanna belə deyib: "Biz Səudiyyə rejiminə Yəmənə qarşı müharibədə maddi dəstəyi dayandıracağıq".

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri Yəmənə hücum etmək və məzlum Yəmən xalqını öldürmək üçün Qərb istehsalı olan silahlardan istifadə edir. Məlıuma görə, keçmiş Tramp hökuməti, BƏƏ-yə 10 milyard dollar dəyərində silah, raket və bomba daxil olmaqla hərbi texnikasını satmaq niyyətində olduğu barədə qeyri-rəsmi açıqlama verib. Müasir silahların BƏƏ-yə satılması barədə razılaşma, Əbu-Dabini Yəmən müharibəsindəki roluna görə tənqid edən, Senatın Xarici Əlaqələr Komitəsi və ABŞ Nümayəndələr Palatası tərəfindən nəzərdən keçirilir.