0
Tuesday 10 November 2020 - 11:50

Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu

Story Code : 896942
Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu
Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sülhməramlıları daşıyan İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola düşüb.

"Göyərtəsində Rusiya sülhməramlıları olan onuncu İl-76 hərbi nəqliyyat təyyarəsi Ulyanovsk-Vostochny aerodromundan havaya qalxdı. Təyyarədə sülhməramlı hissənin şəxsi heyəti, sursat və zirehli heyət daşıyıcıları var".

Qeyd edək ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti 1960 hərbi qulluqçu, 90 zirehli heyət daşıyıcısı, 380 texnika sayında yerləşdirilib. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Xankəndi şəhəri ərazisindəki sülhməramlı əməliyyatı idarə etmək üçün səfərbər ediləcək.