QR CodeQR Code

ABŞ Dövlət Departamenti 50 ədəd "F-35" qırıcısının BƏƏ-yə satılmasına icazə verib

11 Nov 2020 10:26

İslamTimes: ABŞ işğalçı İsraillə münasibətlərin normallaşdırılmasına razılıq verən BƏƏ-yə 50 ədəd F-35 qırıcısı satıb


ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 23,37 milyard dollar dəyərində “Lockheed Martin” şirkətinin istehsalı olan 50-dək “F-35” qırıcısı, habelə 18 ədəd “MQ-9B” pilotsuz uçan aparatı (PUA) və digər qabaqcıl silah sistemləri satmağı düşünür. Dövlət Departamenti alğı-satqı müqaviləsinə rəsmi razılığın verilməsi barədə Konqresi də məlumatlandırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir.

“Bu gün Dövlət Departamentinə BƏƏ-nin təklif etdiyi 23,37 milyard dollar dəyərində bir neçə qabaqcıl silah sistemi, o cümlədən 10,4 milyard dollar dəyərində 50 ədəd “F-35” təyyarəsi, 2,97 milyard dollar dəyərində 18-dək “MQ-9B” pilotsuz uçan aparatı satılmasına icazə vermə niyyətimiz barədə Konqresi xəbərdar etməyi tapşırdım”, - sənəddə belə deyilir.


Story Code: 897148

News Link :
https://www.islamtimes.org/az/news/897148/abş-dövlət-departamenti-50-ədəd-f-35-qırıcısının-bəə-yə-satılmasına-icazə-verib

Islam Times
  https://www.islamtimes.org