0
Wednesday 11 November 2020 - 15:09

Ermənistan ÇALXALANIR: Nikolun bütün iqamətgahları ƏLƏ KEÇİRİLDİ VƏ... - Paşinyan qaçdı

Story Code : 897211
Ermənistan ÇALXALANIR: Nikolun bütün iqamətgahları ƏLƏ KEÇİRİLDİ VƏ... - Paşinyan qaçdı
Publika.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, kapitulyasiyadan sonra hökumətin istefasını tələb edən Ermənistan xalqı genişmiqyaslı etiraz aksiyaları keçirir. Onlar hökumət, parlament binalarını və Baş nazir Nikol Paşinyanın iqamətgahını ələ keçiriblər. Lakin onların heç birində baş naziri tapa bilməyiblər.

İddia olunur ki, hökumət başçısı müdafiə nazirliyinin sığınacağında gizlənir. Bir başqa iddiaya görə, o, ABŞ səfirliyinə sığınıb.

Qeyd edək ki, 1 Mart 2008 hadisələrindən sonra da Paşinyan Amerikadakı səfirliyin binasında gizlənmişdi.