0
Saturday 6 August 2011 - 11:25

İran gəmiləri Qara dənizdə

Story Code : 89728
İran gəmiləri Qara dənizdə
İran gəmiləri Qara dənizdə
Moskvada Rusiya-İran nəqliyyat komissiyasının 5-ci birgə iclasında tərəflər arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

SİA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiyanın nəqliyyat nazirinin müavini Aleksandr Davidenko və İranın nəqliyyat və şəhərsalma nazirinin müavini Seyyid Əli Lütfizadə imzalayıb. Sazişdə quru, dəmiryolu, dəniz, hava nəqliyyatının inkişafı nəzərdə tutulub.

Saziş İran gəmilərinə cənub-şərq nəqliyyat dəhlizi ilə Volqa çayından Qara dənizə çıxmaq hüququ, təyyarə reyslərinin artırılması, aviaşirkətlərin fəaliyyətinin aktivləşdirməsi quru, dəmiryol və dəniz nəqliyyatı sahəsində Rusiya - İran əlaqələrin inkişafını ehtiva edir.
Comment