0
Thursday 12 November 2020 - 02:01

Yəməndən xəbərdarlıq: "Səudiyyə rejiminin hərbi obyektlərindən uzaq durun"

Story Code : 897312
Yəməndən xəbərdarlıq: "Səudiyyə rejiminin hərbi obyektlərindən uzaq durun"
Əl-Məsirəyə istinadən xəbər verir ki, general-mayor Yəhya Sərii bu gün (11 noyabr) Twitter üzərindən verdiyi açıqlamasında Səudiyyə rejiminin hərbi obyektlərinə hücum ehtimalı barədə mesaj göndərib: “Səudiyyə rejiminin koalisiyasının davamlı təcavüzünə, Yəmənin vəhşicəsinə blokadaya almasına, davam edən hərbi gərginliyə və düşmənin aeroportları və limanları Yəmənə bağlamaqda israr etməsinə cavab olaraq, Yəmən Silahlı Qüvvələri yaxın günlərdə oxşar gərgin addımlar atmaqda tərəddüd etməyəcək.

Bundan əlavə Səudiyyə rejimində yerləşən bütün xarici şirkətləri, Hicaz və Nəcd xalqını, eləcə də ölkənin hər yerində yaşayan insanları hərbi işlərdə istifadə olunan mühüm əhəmiyyətli hərbi və iqtisadi obyektlərdən uzaq durmaları barədə xəbərdar edirik, çünki bu obyektlər Yəmən ordusunun qanuni hədəfi olacaq”.

Yəmən Silahlı Qüvvələri Səudiyyə rejiminin koalisiyasına mühasirəni dayandırmaq barədə dəfələrlə edilən xəbərdarlıqlardan sonra, Səudiyyə rejiminin cənubundakı Əbha Beynəlxalq Aeroportunu dəfələrlə hədəfə almışdı. /Deyerler/