Rusiya helikopterləri Dağlıq Qarabağda sülhməramlı əməliyyatlara cəlb olunacaq
Story Code : 897364
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.
Bildirilib ki, helikopterlər sülhməramlı əməliyyatlar zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət bölgəsində havadan monitorinqi həyata keçirəcəklər.
Qeyd olunub ki, helikopterlər həmçinin sülhməramlı qüvvələrin maddi-texniki təminatı və şəxsi heyətinin çətinliklə gedilə bilən rayonlara çatdırılmasına da cəlb olunacaqlar.