0
Friday 31 July 2009 - 00:47

AMERIKA ŞIRKƏTI UŞAQLAR ÜZƏRINDƏ QƏDDAR TƏCRÜBƏYƏ GÖRƏ 75 MILYON DOLLAR TƏZMINAT ÖDƏYƏCƏK

Story Code : 8974
AMERIKA ŞIRKƏTI UŞAQLAR ÜZƏRINDƏ QƏDDAR TƏCRÜBƏYƏ GÖRƏ 75 MILYON DOLLAR TƏZMINAT ÖDƏYƏCƏK
Bununla o, məhkəmə prosesini dayandırmağa cəhd edir. Şirkət həmin təzminatı uşaqlar üzərində qeyri-qanuni təcrübə apardığına görə ödəyəcək. Şirkətin apardığı təcrübə nəticəsində 200 uşaq dərin əziyyət çəkmiş, o cümlədən 11 nəfər isə həlak olmuşdu, - Nyusland xəbər verir.

1996-cı ildə Kana ştatında meningit xəstəliyi yayılarkən, “Pfizer” şirkəti özünün yeni antibiotikini burada təcrübədən keçirmək qərarına gəlir. Həmin dərman preparatı 200 uşaq üzərində yoxlanır. Nəticədə 189 uşaq korluq, karlıq, paralic xəstəliklərinə tutulub, 11 uşaq isə həlak olub. 2007-ci ilin mayında Nigeriya hökuməti şirkətə qarşı məhkəmə prosesinə başlayır və şirkətdən 2 milyard dollar həcmində təzminat tələb edib. Sonda şirkət 75 milyon dollar həcmində təzminat verməyə razılaşıb.
Source : Dəyərlər AİN
Comment