QR CodeQR Code

AMERIKA ŞIRKƏTI UŞAQLAR ÜZƏRINDƏ QƏDDAR TƏCRÜBƏYƏ GÖRƏ 75 MILYON DOLLAR TƏZMINAT ÖDƏYƏCƏK

Dəyərlər AİN , 31 Jul 2009 00:47

Amerikanın nəhəng əzcazçılıq şirkəti olan “Pfizer” Nigeriyanın Kana ştatına 75 milyon dollar təzminat ödəməyə razılaşıb.


Bununla o, məhkəmə prosesini dayandırmağa cəhd edir. Şirkət həmin təzminatı uşaqlar üzərində qeyri-qanuni təcrübə apardığına görə ödəyəcək. Şirkətin apardığı təcrübə nəticəsində 200 uşaq dərin əziyyət çəkmiş, o cümlədən 11 nəfər isə həlak olmuşdu, - Nyusland xəbər verir.

1996-cı ildə Kana ştatında meningit xəstəliyi yayılarkən, “Pfizer” şirkəti özünün yeni antibiotikini burada təcrübədən keçirmək qərarına gəlir. Həmin dərman preparatı 200 uşaq üzərində yoxlanır. Nəticədə 189 uşaq korluq, karlıq, paralic xəstəliklərinə tutulub, 11 uşaq isə həlak olub. 2007-ci ilin mayında Nigeriya hökuməti şirkətə qarşı məhkəmə prosesinə başlayır və şirkətdən 2 milyard dollar həcmində təzminat tələb edib. Sonda şirkət 75 milyon dollar həcmində təzminat verməyə razılaşıb.


Story Code: 8974

News Link :
https://www.islamtimes.org/az/news/8974/amerika-şirkəti-uşaqlar-üzərində-qəddar-təcrübəyə-görə-75-milyon-dollar-təzminat-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org