0
Thursday 12 November 2020 - 16:19

İsrail rəsmiləri Baydenin İranla HBFP razılaşmasına qayıtmasından qorxur?

Story Code : 897414
İsrail rəsmiləri Baydenin İranla HBFP razılaşmasına qayıtmasından qorxur?
İsrail Energetika naziri Yoval Steinitz və Likud partiyasının üzvləri (İsrail baş nazirinin başçılığı ilə) bu gün sionist rejim ordu radiosuna müsahibə veriblər. Onlar müsahibə zamanı İran İslam Respublikası əleyhinə fikirlər səsləndiriblər.

"Əl-Qüds" qəzetinin məlumatına görə, İsrailin Energetika naziri bildirib ki, ABŞ-da prezident seçkilərdə qələbə qazanmış Demokrat partiyasının namizədi Co Baydenin təşkil edəcəyi hökumət İranla razılıq əldə edərsə belə rəsmi Tehran "zəif" qalacaq.

Steinitz iddia edib ki, İran "çətin durumdadır" və ABŞ-ın yeni rəhbərliyi ilə başqa bir nüvə anlaşması əldə etsə belə İranın vəziyyəti müsbətə doğru dəyişməyəcək.

Amerika KİV-nin ölkədəki seçkilərin qalibinin Co Bayden olduğunu elan etməsindən sonra Yoval Steinitzin İran əleyhinə açıqlamaları bir xeyli artıb.

Yoval Steinitzin daha öncə demişdi: "İranın İsraili təhdid etdiyi zaman bizim yanımızda olan, Qüdsü əbədi paytaxtımız kimi tanıyan Trampın məğlub olmasına görə insanların sevinməsi əxlaqsızlıqdır."
Source : IslamTimes