1
Thursday 12 November 2020 - 22:53

Hizbullah baş katibi: ABŞ-dakı seçkilər demokratiya üçün rüsvayçılıq idi!

Story Code : 897485
Hizbullah baş katibi: ABŞ-dakı seçkilər demokratiya üçün rüsvayçılıq idi!
Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah şəhid günü münasibətilə çıxış edib. O bu çıxışı zamanı Yəmən Gənclər və İdman nazirinin şəhid olması ilə əlaqədar bu ölkə xalqına, həmçinin sionistlərlə mübarizədə bu günədək şəhid olmuş müqavimət əskərlərinə görə fələstinli mücahidlərə başsağlığı verib.

Seyid Həsən Nəsrullah İsraillə Livan arasında müzakirələrin sionist rejimlə münasibətlərin normallaşdırılması prosesinə aidiyyatı olmadığını bildirib. O deyib ki, Livan heç vəchlə işğalçı İsrail ilə normal əlaqələr qura bilməz.

Hizbullah baş katibi ABŞ-da keçirilən prezident seçkilərinə də işarə edərək, özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da seçkilərdə bu həcmdə saxtakarlıq edilməsi iddialarının və Donald Trampın hakimiyyəti növbəti prezidentə ötürməyəcəyini söyləməsinin bütün Respublikaçılar üçün rüsvayçılıq olduğunu bildirib. O bildirib ki, Amerikada prezident kim olursa olsun, bu ölkə İsrailin məntəqədə güc qazanması üçün təlaş göstərir!
Source : IslamTimes