0
Saturday 14 November 2020 - 01:35

İran sərhədində silahlı insident zamanı 3 təhlükəsizlik əməkdaşı şəhid olub

Story Code : 897675
İran sərhədində silahlı insident zamanı 3 təhlükəsizlik əməkdaşı şəhid olub
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə cümə günü yerli vaxtla 13.50-də Qərbi Azərbaycan əyalətində baş verib.

Naməlum silahlı şəxslərin İran ərazisinə girməyə cəhdinin qarşısı alınan zaman üç İran sərhədçisi şəhid olub.

Bəzi mənbələrin PKK üzvləri olduğunu iddia etdiyi silahlılarla atışma zamanı, həmçinin, 2 təhlükəsizlik əməkdaşı yaralanıb.