QR CodeQR Code

İsrail polisi ilə Netanyahuya qarşı aksiya keçirənlər arasında qarşıdurma yaşanıb

IslamTimes , 15 Nov 2020 00:01

İslamTimes: İsrail baş naziri Benyamin Netanyahunun yüzlərlə müxalifi bu axşam küçələrə axışıb


"I24" saytının verdiyi məlumata görə, sionist rejim polisi işğal altında olan Qüds yaxınlığındakı etiraz aksiyalarında iştirak edən 18 nəfəri təxribat ittihamı ilə həbs edib.

Verilən məlumata görə, yüzlərlə etirazçı Qüds və Tel-Əviv arasındakı əsas yolda işğalçı İsrail Baş nazirinin yürütdüyü siyasətə etiraz olaraq nümayiş keçiriblər.

Polis etirazları "qanunsuz" adlandırıb və nümayişçilər tərəfindən iki saat bağlı saxlanılan yolu yenidən açıb.

Sionist rejimin müxalifət partiyalarından olan ən azı 3 siyasətçi də nümayişlərə qoşulub.

Ardıcıl olaraq davam edən Netanyahuya qarşı etirazlar artıq iyirminci həftəsinə daxil olub.


Story Code: 897882

News Link :
https://www.islamtimes.org/az/news/897882/israil-polisi-ilə-netanyahuya-qarşı-aksiya-keçirənlər-arasında-qarşıdurma-yaşanıb

Islam Times
  https://www.islamtimes.org