İraq parlamenti üzvləri İsraillə münasibətlər barədə xəbərdarlıq etdi!
Story Code : 897884
"Əl-Məlumə" şəbəkəsinin verdiyi məlumata görə İraq daxilində ticarət və investisiya yatırımı bəhanəsi ilə Səudiyyə Ərəbistanının İraqa nüfuz etməsinə etirazların davamında parlament üzvlərindən bir neçəsi Səudiyyə Ərəbistanının gizli fəaliyyətləri barədə xəbərdarlıq edib. Onlar bildirib ki, Səudiyyə rejiminin əsas hədəfi İraqı İsraillə münasibətlərin normallaşdırılması qatarına qoşmaqdır.
"Fəth" fraksiyasının üzvü Kərim Ələvi bu mövzu ilə bağlı deyib: "Ali Səud rejiminin investisiya yatırımı böyük bir yalandır. Onlar İraqa nəzarəti ələ alaraq, ölkəmizi İsraillə münasibətləri normallaşdırmağa sürükləmək istəyir. Səudiyyə Ərəbistanı bu günədək minlərlə terrorçunu İraqa göndərməklə, əlini İraq xalqının qanına bulayıb. Onlar üçün İraq xalqının mənafeyi, problemləri zərrə qədər əhəmiyyətli deyil. Bu səbəbdən onların investisiya yatırımı ilə İraq xalqına kömək etmək ardınca olduqlarını söyləmələrinə inana bilmərik!"