0
Sunday 15 November 2020 - 00:48

Obama Trampa xəbərdarlıq etdi

Story Code : 897887
Obama Trampa xəbərdarlıq etdi
"Hill" informasiya agentliyinin məlumatına görə ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı prezident Donald Trampı prezident seçkilərində əsassız saxtakarlıq iddiaları irəli sürdüyünə görə kəskin tənqid edib. O bildirib ki, bəzi Respublikaçıların bu iddialara qoşulması təəssüfləndirici haldır.

Obama deyib:

"Tramp 2016-cı ildə qalib gəldiyi zaman mən saat 2:30-a qədər oyaq qaldım və qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim. Trampla Hillari Klinton arasındakı fərq, Co Baydenlə Tramp arasındakı fərqdən çox deyildi!

Fox News kimi milyonlarla izləyicisi olan media vasitəsi və ya sosial şəbəkələrdə saxtakarlıqla bağlı yazılanlar Tramp tərəfdarlarının zehnlərinə təsir göstərə bilər. Onlar prezidentin özünün saxtakarlıqla bağlı iddialar səsləndirdiyini gördükdən sonra bu iddiaya inana bilərlər!"

Barak Obama Trampın 4 il prezidentliyi dövründə sakit qalsa da, son zamanlarda Co Baydeni dəstəkləyərək, Tramp və komandasına "saxtakarlıqlara son verin" deyə səslənib.
Source : IslamTimes