QR CodeQR Code

Obama Trampa xəbərdarlıq etdi

IslamTimes , 15 Nov 2020 00:48

İslamTimes: Barak Obama hakimiyyəti təhvil vermək istəməyən Trampla bağlı bildirib ki, Bayden andiçdikdən sonra Tramp üçün heç bir qanuni yol qalmayacaq!


"Hill" informasiya agentliyinin məlumatına görə ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı prezident Donald Trampı prezident seçkilərində əsassız saxtakarlıq iddiaları irəli sürdüyünə görə kəskin tənqid edib. O bildirib ki, bəzi Respublikaçıların bu iddialara qoşulması təəssüfləndirici haldır.

Obama deyib:

"Tramp 2016-cı ildə qalib gəldiyi zaman mən saat 2:30-a qədər oyaq qaldım və qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim. Trampla Hillari Klinton arasındakı fərq, Co Baydenlə Tramp arasındakı fərqdən çox deyildi!

Fox News kimi milyonlarla izləyicisi olan media vasitəsi və ya sosial şəbəkələrdə saxtakarlıqla bağlı yazılanlar Tramp tərəfdarlarının zehnlərinə təsir göstərə bilər. Onlar prezidentin özünün saxtakarlıqla bağlı iddialar səsləndirdiyini gördükdən sonra bu iddiaya inana bilərlər!"

Barak Obama Trampın 4 il prezidentliyi dövründə sakit qalsa da, son zamanlarda Co Baydeni dəstəkləyərək, Tramp və komandasına "saxtakarlıqlara son verin" deyə səslənib.


Story Code: 897887

News Link :
https://www.islamtimes.org/az/news/897887/obama-trampa-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org