0
Sunday 15 November 2020 - 01:22

HƏMAS: “Müqavimət Fələstini azad etmək üçün hər zamankindən daha hazırdır”

Story Code : 897890
HƏMAS: “Müqavimət Fələstini azad etmək üçün hər zamankindən daha hazırdır”
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, HƏMAS noyabrın 14-ü verdiyi bəyantında bunları qeyd edib: “Səkkiz il əvvəl Təl-Əvivi hədəfə alan müqavimət bu gün daha da gücləndi və torpaqları azad etmək yolunu davam etdirmək üçün daha hazır və israrlıdır və işğal edilən bütün torpaqları azad etmək və işğalçını bütün Fələstindən qovmaq məqsədindən heç vaxt geri çəkilməyəcək”.

HƏMAS milli birliyin strateji seçim olduğunu və müxtəlif cəbhələrdə qurtuluş döyüşündə birlik bərpa olunana qədər dincəlməyəcəyini bildirib.

HƏMAS işğalçı rejimin həbsxanalarındakı qəhrəman məhbusları da salamlayıb və müqavimətin onların azadlığa buraxılması mövzusundakı qətiyyətini bir daha vurğulayıb. /Deyerler/