0
Sunday 15 November 2020 - 08:36

ABŞ müharibə siyasətini dəyişir?

Story Code : 897904
ABŞ müharibə siyasətini dəyişir?
Axar.az xəbər verir ki, bunu ABŞ-da müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller Pentaqon əməkdaşlarına göndərdiyi məktubda deyib.

O bildirib ki, Əl-Qaidə terror təşkilatı ilə müharibə hələ də davam edir:

“Gələcək planlara hazırlanarkən, Əl-Qaidənin 2001-ci ildə sərhədlərimizə kimi gətirdiyi müharibəni bitirməyə qərarlıyıq. Terror təşkilatını və onun havadarlarını məğlub etməyimizə az qalıb. Ancaq müharibənin sonunu görməmək mövzusunda keçmişdəki strateji səhvimizdən çəkinməliyik. Həqiqətən də bu mübarizə uzun çəkdi”.