QR CodeQR Code

İran Qasim Süleymaninin intiqamını meydanda alacaq!

IslamTimes , 15 Nov 2020 20:47

İslamTimes: General Qasim Süleymaninin ABŞ tərəfindən şəhid edilməsindən sonra ABŞ-ın İraqdakı hərbi bazasını raketlərlə alt-üst edən İran əsil intiqamın döyüş meydanında alınacağını bildirib


Fars Xəbər Agentliyinin verdiyi məlumata görə İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) Baş Komandanı general-mayor Hüseyin Salami bu gün İraq Müdafiə Naziri İnad Sədun ilə görüşüb. Hüseyin Salami deyib: "Biz general Qasim Süleymaninin intiqamını meydanda onun qatillərindən alacağıq!"
SEPAH komandanı bildirib ki, bu intiqamın Qasim Süleymani və Mehdi əl-Mühəndisin terroru ilə bağlı aparılan hüquqi prosedura aidiyyatı yoxdur. Şübhəsiz ki, İraq cavanlarının da öz şəhidləri general Mehdi əl-Mühəndisin intiqamını alacağına inanırıq! Hər kəs yaxşı bilir ki, məntəqədə İŞİD təhlükəsinin, Amerika-sionist fitnəkarlığının kökünü qazan şəxs Şəhid Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndis kimi şəxslər olub."

General Səlami bildirib ki, İran qonşu İraq dövlətinin, müstəqil, güclü olması üçün daim təlaş göstərib və bundan sonra da bu hədəfin gerçəkləşməsi üçün əlindən gələni əsirgəməyəcək. Necə ki, İŞİD terrorçularının İraqa soxularaq, insanları qətliam etdiyi zaman İran öz tanınmış generallarını bu ölkəyə yollayaraq, İŞİD-lə mübarizədə İraqa yardım etdi...


Story Code: 897993

News Link :
https://www.islamtimes.org/az/news/897993/iran-qasim-süleymaninin-intiqamını-meydanda-alacaq

Islam Times
  https://www.islamtimes.org